Yeni nəsil elektron şəxsiyyət vəsiqəsi İlham Əliyevə təqdim edildi – FOTO

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Müstəqil.Az xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi avqustun 31-də prezident İlham Əliyevə təqdim olunub.

Dövlətimizin başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirib. Prezident İlham Əliyev elektron imza qoyub. Bir nömrəli elektron şəxsiyyət vəsiqəsi dövlətimizin başçısına təqdim olunub.

Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı prezident İlham Əliyevə məlumat veriblər.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı – çip yerləşdiriləcək.

Bütün parametrlərə cavab verən, saxtalaşdırılmanın qarşısının alındığı, məlumatların elektronlaşdırıldığı yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Şəxsiyyət vəsiqələrinin çapı isə Daxili İşlər Nazirliyinin 10 regional mərkəzində və iki “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

10:46

Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi avqustun 31-də prezident İlham Əliyevə təqdim olunub.

Müstəqil.Az-ın xəbərinə görə, bu barədə məlumatı dövlət başçısının rəsmi saytı yayıb.

Share: