Yeni nazir 20 məmuru vəzifəsindən azad etdi – TAM SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son 2 həftə ərzində kütləvi şəkildə kadr islahatı həyata keçirib. Müstəqil.az unikal.org-a istinadən bildirir ki, daxil olan məlumata görə, DSMF-nin direktor müavini Xıdırov Sərdar Xasay oğlu vəzifəsindən azad edilib. Onun yerinə İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayev (Qaradağ DSMF-nin keçmiş müdiri) gətirilib.

Vəzifələrindən azad olunan digər şəxslər isə aşağıdakılardır:

Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyev

Abşeron DSMF-nin müdiri Coşqun Qasımov

Quba DSMF-nin müdiri Sabir Hacıyev

Qaradağ Məşğulluq Mərkəzinin müdiri Tahir Hüseynov

Binəqədi Məşğulluq Mərkəzinin müdiri Bağırov Güləhməd

Laçın Məşğulluq Mərkəzinin müdiri Bəndəliyev Balay

İsmayıllı Məşğulluq Mərkəzinin müdiri Həsənov Həsən

Qax Məşğulluq Mərkəzinin müdiri Hacıyev Laçın

Yasamal Məşğulluq Mərkəzinin müdiri Elxan Rəhimov

Samux Məşğulluq Mərkəzinin müdiri Yaşar Ələkbərov

Dövlət Məşğulluq Xidmətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri Məhəmməd Əliyev

Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev

Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev

Aparatın Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov

Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Cəfərov (dövlət qulluğunda fəaliyyətinə xitam verilib, tutduğu vəzifədən çıxarılıb və nazirliyin jurnalında redaktor müavini vəzifəsinə keçirilib).

Hacıqabul DSMF-nin müdiri Həsənov Xalisin isə Yasamal DSMF-yə müdir gətirildiyi bildirilir.

 

Share: