Çempionlar Liqasında dünən keçirilən I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın ölkələr üçün reytinq cədvəlində dəyişiklik baş verib.
Oxu.Az xəbər verir ki, Cəbəllüttariqdə “Linkoln”a qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb.
2:1 hesablı qələbə ölkəmizin aktivinə 0,250 xal əlavə edilməsi ilə nəticələnib. Beləliklə, son beş mövsüm üçün Azərbaycanın ümumi xalı 14,500 olub.
Ölkəmiz, əvvəlki kimi, 29-cudur. Lakin 28-ci Slovakiya ilə fərq 0,125-ə enib. 30-cu Moldovanın isə 11,125 xalı var.
Faiq Tahirov