Yeni Zelandiya millisi Qətərlə oyunun 2-ci hissəsinə çıxmaqdan imtina etdi

Yeni Zelandiya millisi Qətərlə oyunun 2-ci hissəsinə çıxmaqdan imtina etdi

Yeni Zelandiya millisi oyunçusuna qarşı təhqirlərə görə oyunu bitirməkdən imtina edib.

Komanda Avstriyada Qətərlə yoldaşlıq oyunu keçirib. Birinci hissədən sonra hesab 1:0 Darren Bislinin komandasının xeyrinə olub.

Lakin Yeni Zelandiya yığmasının futbolçuları müdafiəçi Maykl Bokselə qarşı irqçi təhqirlərə görə ikinci hissəyə çıxmaqdan imtina ediblər.

“Hakimlər heç bir tədbir görməyiblər. Buna görə də komanda ikinci hissəyə çıxmamaq qərarına gəlib”, – seçmənin açıqlamasında deyilir.

Qeyd edək ki, matçın baş hakimi avstriyalı Manuel Şuttenqruber olub.

Mənbə: sports.ru

Share: