Yeni Zelandiyada uşaqlara bu adların verilməsi qadağandır

Yeni Zelandiyada uşaqlara bu adların verilməsi qadağandır

Yeni Zelandiyanın daxili işlər nazirliyi 2022-ci ildə uşaqlara verilməsi qadağan olunan adların siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RNZ” radiosu yayıb.

Məlumata görə, 2022-ci ildə əsas olaraq uşaqlara King (Kral), Saint (Müqəddəs) və Messiah (Məsih) adlarının verilməsinə icazə verməyib. 

Bununla yanaşı, siyahıya Monarx və Şahzadə adları da daxil edilib. 

Bildirilir ki, ölkədə adların daşıdığı şəxsi təhqir etməməsinə, məntiqi uzunluğa malik olmasına və rəsmi titul və yaxud adı tərənnüm etməməsinə zəmanət verən qaydalar mövcuddur.

Qeyd edək ki, Yeni Zelandiyada 2009-cu ildən etibarən Kral adının verilməsinə icazə verilmir. 


Share: