Yeni Zelandiyanın 41-ci Baş naziri seçilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhsil və ictimai xidmətlər naziri Kris Hipkins ölkənin yeni lideri seçilib.
Belə ki, yanvarın 25-i yeni hökumət başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclası təşkil olunacaq.
Qeyd edək ki, bir neçə gün öncə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern istefa verib.