İyunun sonunda ciddi bakterial infeksiyaya yoluxaraq reanimasiya şöbəsinə yerləşdirilən müğənni Madonna yenidən sağlamlığına qovuşub.
Kulis.az xəbər verir ki, ifaçı rəqs etdiyi anları sosial şəbəkədə paylaşaraq qeyd edib:
“Yenidən rəqs edə bildiyim üçün özümü dünyanın ən şanslı ulduzu hiss edirəm. Bütün pərəstişkarlarıma və dostlarıma təşəkkür edirəm. Siz də mənim şanslı ulduzlarım olmalısınız”.