Yerevan yenə “qaynayır” – Etirazçılar şəhər meriyasına daxil oldular

Ermənistanın paytaxtı Yerevan səhər saatlarından başlayaraq yenə etiraz aksiyaları ilə “silkələnir”.

Trend-in məlumatına görə, paytaxt küçələrinə axışan etirazçılar bu dəfə Yerevan merinin istefasını tələb edirlər.

Hazırda etirazçıların şəhər administrasiyasının binasına daxil olduqları bildirilir.

Share: