İrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb. Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Yerevanın mərkəzindəki polis idarəsinin binasını mühasirəyə alan “Vətənin xilası” hərəkatının tərəfdarları polis rəisi Vaqe Kazaryanla görüş tələb edirlər.
“Polis rəisinin yanımıza gəlməsini tələb edirik. O, tabeçiliyində olanların etdiyi vəhşiliklərinə görə cavab verməlidir”, – deyə aksiyanın təşəbbüskarlarından biri, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.
***18:20
Ermənistanın paytaxtı İrəvanda müxalifətin itaətsizlik aksiyası başlayıb. Aksiyanı “Vətənin qurtuluşu hərəkatı” təşkil edib.
Etirazçıların əsas tələbi baş nazir Nikol Paşinyan və komandasının istefa verməsidir. Aksiyadan əvvəl silahlı qüvvələrə, hüquq mühafizə orqanlarına, təhlükəsizlik işçilərinə və digər dövlət strukturlarına müraciət edən müxalifət onları hakimiyyətin tələblərini yerinə yetirməkdən imtina etməyə çağırıb.
Xatırladaq ki, fevralın 20-də müxalifət İrəvanda keçirdiyi mitinqdə davamlı itaətsizlik aksiyasına start verdiyini bəyan edib.
***13:13
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Bu məlumatı “Novosti Armeniya” yayıb. Paşinyan binaya girərkən aksiyaçılar “Satqın, eşşək!”, “Nikol satqın!”, “Türk əclafı ləyaqətin yoxdur!” və başqa şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları hökumət evinə giriş qapılarını bağlamağa cəhd göstərib. Binanın qarşısına cəlb edilən polis əməkdaşları etirazşıları oradan uzaqlaşdırmağa başlayıb.
Polis 25 nəfəri saxlayıb.
Müstəqil.Az