Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən izdihamlı yürüş keçirilir.
Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, Yerevana toplaşan etirazçı kütlə “Nikol, get!”, “Satqın Nikol!” şüarları səsləndirirlər.
Xatırladaq ki, müxalifət qüvvələri baş nazirin istefa verəcəyi günə qədər ölkədə etiraz aksiyaları keçirəcəklərini bəyan ediblər.
Müstəqil.Az