Yerevanda Qarabağ ləhcəsi taksi sürücüsünün xoşuna gəlmədi

Yerevanda Qarabağ ləhcəsi taksi sürücüsünün xoşuna gəlmədi

Yerevanda bəzi yerli sakinlər Qarabağ ermənilərinə qarşı münasibətdə “klassik irqçilik” nümayiş etdirirlər.

Müstəqil.Az “Yerevan.Today.” nəşrinə istinadən bildirir ki, belə bir açıqlama ilə erməni hüquq müdafiəçisi Ruben Məlikyan çıxış edib.

Məlikyan konkret nümunə də göstərib: iki Qarabağ ermənisi Yerevanda taksi xidmətindən istifadə edib. Qadınlardan biri Qarabağ ləhcəsində danışandan sonra taksi sürücüsü maşını saxlayıb və kobudcasına nəsə deyərək, onları avtomobildən düşürüb.

Müstəqil.Az

Share: