Yerin pis şəraiti, nəzarətin olmaması, material qıtlığı… — Dağıntını gücləndirən səbəblər

Türkiyə İnşaat Mühəndisləri Palatası Kahramanmaraşdakı zəlzələ ilə bağlı “6 Fevral 2023-cü il Kahramanmaraş Pazarcık və Elbistan Zəlzələlərinin İlkin Qiymətləndirmə Hesabatı” başlığı ilə hesabat dərc ediblər.

“Qafqazinfo” xəbər verir ki, hesabatda hadisənin böyük fəlakətə çevrilməsində 3 səbəbin təsirli olduğu vurğulanıb. 

Bildirilib ki, bu 3 səbəb tikintidə istifadə olunan materialların olmaması, nəzarətin kor-təbiiliyi və yerin pis şəraitidir. 

“Müşahidə olunan zərərlər göstərir ki, çox geniş ərazidə hiss edilən və sahəyə təsir edən yer hərəkətinin sürətlənmə dərəcələri və yerdəyişmələri çox yüksəkdir. Bu isə xüsusilə qeyd etdiyimiz səbəblərlə əlaqədardır”, – deyə hesabatda yazılıb. 


Share: