“Yeşilçam”ın əfsanəvi aktrisası Fatma Girik vəfat edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, döş qəfəsi infeksiyasına yoluxduğu üçün 5 gün xəstəxanada müalicə olunan aktrisanın həyatını xilas etmək mümkün olmayıb.
O, 79 yaşında, bu gün dünyasını dəyişib.
Bu acı xəbəri Şişli Bələdiyyə Başçısı Muammer Keskin sosial media hesabından açıqlayıb.