Oğuzda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
-nın şimal-qərb bürosunun məlumatına görə, bü gün günorta Oğuz şəhər sakini 1974-cü il təvəllüdlü Rasul İsrayıl oğlu Rəsulov yıxılaraq ağır xəsarət alıb.
R. Rəsulova Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib. R. Rəsulov müayinə edilmək üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndərilərkən yolda aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.