Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə “Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.
Belə ki, gecə saatlarında “20 Yanvar” dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.
Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.
***
BNA-nın məlumatına görə, Tbilisi prospekti Cavadxan küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Müstəqil.AZ