Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 min 50 yeni yoluxma faktı qeydə alınıb, 3 min 435 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilir ki, son 24 saat ərzində analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
Ölkədə bu gün 35 min 400 nəfər vaksinasiya olunub. Son 24 saat ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1811 nəfər, buster doza vaksinasiya olunanların sayı isə 30 min 600 təşkil edib.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 milyon 149 min 831, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 242 min 827, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 748 min 738, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 158 min 266 təşkil edir.
Müstəqil.Az