Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 421 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.

 


Share: