Yoluxma sayı 980-a çatdı

Yoluxma sayı 980-a çatdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980  yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 241651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231370 nəfər müalicə olunaraq sağalıb, 3298 nəfər vəfat edib, aktiv xəstə sayı 6983 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10453, hazırkı dövrədək isə 2726470 test aparılıb.

 

Share: