“YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub.
Müstəqil.az Enter.News-a istinadən xəbər verir ki, Nasim Aqdam adlı qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsinin olmadığı bildirilir.
Təklikdə hərəkət edən qadın 4 nəfəri yaralayıb, onların birinin vəziyyəti kritikdir. Ölmüş halda tapılan qadının intihar etdiyi güman edilir.
Prezident Donald Tramp bütün zərərçəkənlərə dəstəyini ifadə edib.
***
Cənubi Azərbaycandan olan Nasim Agdam adlı qadın YouTube-da blogger fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var. Qadının atası İsmayıl Ağdam bildirib ki, qızı YouTube-un ona qarşı ayrı-seçkilik etdiyini, hesabına girişi əngəllədiyini iddia edərək şirkətə qarşı aqressiv mövqedə olub.