Yovşan koronovirusla mübarizədə müsbət nəticələr verir – Bitkiyə tələbat sürətlə artıb

Yovşan koronovirusla mübarizədə müsbət nəticələr verir – Bitkiyə tələbat sürətlə artıb

 

Dünyanın müxtəlif ölkələrindən olan bir qrup alim koronavirusun müalicəsində yovşan bitkisinin potensialı ilə bağlı araşdırma aparır.

NTD Bosniya və Herseqovinada olan dərman şirkətinin nümayəndələrinə istinadən xəbər verir ki, 2020-ci ilin yaz ayından immunitet sistemini gücləndirməyə kömək edən bu bitki məhsuluna tələb 83 faizə qədər artıb.

Bitkilər üzrə mütəxəssis Petar Mihiç jurnalistlərə açıqlamasında bildirib ki, Almaniyada yovşanın COVID-19 ilə əlaqəsi araşdırılmağa başladıqdan sonra bitkiyə tələbat daha sürətlə artıb

Bosniya və Herseqovinanın aparıcı əczaçılıq şirkəti artıq tərkibində yovşan olan məhsullar istehsal etməyi planlaşdırır.

“Biz şirin yovşandan çay istehsal edəcəyik. Bu günə qədər COVID-19-un müalicəsində yaxşı nəticə göstərən bu bitkinin həmçinin su və alkoqol ekstraktları ilə birlikdə istehsal edilməsi gözlənilir”, – deyə əczaçılıq şirkətinin inkişafı üzrə direktor Seyl Mehiç söyləyib.

Qeyd edək ki, Yovşan Çin təbabətində xərçəng, malyariya və tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Afrikada bu bitkidən Ebola xəstəliyi ilə müalicədə istifadə olunur.

Share: