Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un məlumatına görə, rayonun Morul kənd ərazisində “KAMaz” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kanarındakı su kanalına aşıb.
Nəticədə sürücü Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Arif Eldəniz oğlu Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müstəqil.Az