Almaniyanın Bremerferde şəhərinin sakini ölümündən sonra övladlarına qoyduğu mirasla məşhurlaşıb.
Ömrü boyu yük maşınında sürücü işləmiş ata uşaqlarına 2,5 ton ağırlığında qəpik pul miras qoyub. Bütün qəpikləri banka daşımaq üçün yük maşını lazım gəlib. Bütün monetlər 1 və ya 2 pfenniq nominalında olub. Bu valyuta 2002-ci ildə tədavüldən qalxıb. Ata bu pulları 30 il ərzində toplayıb. Banka gətirilən bu qəpiklərin sayılması bir bank işçisinə tapşırılıb, o hər gün pulu saymaq üçün 1 saat vaxt sərf edib və yarım ilə ərzində bu prosesi baş çatdırıb. Atalarından övladlarına 8 min avro miras qalıb. (bizimyol)