2023-cü ilin yanvar-noyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,9 faiz və 18,1 faiz artıb.
“-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 206,9 milyon ton yük daşınıb.
Yüklərin 4,0 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,1 faizi hava, 57,7 faizi avtomobil nəqliyyatı, 30,1 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 4,6 faiz artıb. Daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9 faiz təşkil edib.