Yunanıstan Xarici İşlər naziri Nikos Kocias naməlum şəxslər tərəfindən təhdid edilir.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Yunanıstanın Vətəndaşların Müdafiəsi naziri Nikos Toskas telekanallardan birinə açıqlamasında deyib.
O bildirib ki, sözügedən təhdidlə bağlı məktub alıb:
“Məktubda: Nikos Kocias, sənin üçün 3 güllə ayırmışıq – yazılıb. Təkcə nazirin özü yox, ailəsi də təhdid edilir”.
Məlumata görə, Kociasın özü də Tvitter hesabındakı paylaşımında müəyyən çevrələr tərəfindən təhdid edildiyini bildirilib.
Ehtimal edilir ki, Yunanıstanla-Makedoniya arasında yaşanan böhrandan dolayı nazirə hədə-qorxu gəlinir.
Müstəqil.Az