Yunanıstan Türkiyə ilə sərhədə qoşun yığır

Yunanıstan Türkiyə ilə sərhədə qoşun yığır

ABŞ Yunanıstanın Türkiyə ilə 20 km məsafədə yerləşən Dedeağaç bölgəsində hərbi gücünü artırmağa davam edir.

Müstəqil.Az xəbər verir ki, Yunanıstan mediasında Vaşinqton rəhbərliyinin Yunanıstan ordusunu gücləndirmək məqsədilə yeni silah qrantlarının veriləcəyi ilə bağlı məlumatlar yer alıb.

Yunanıstana bağışlanılacaq hərbi məmulatlar arasında 9 AH-64D “Apache” hücum helikopteri, 50 OH-58D hücum helikopteri, 350 M-2A2 zirehli tank, 60 MLRS paletli raketatan və digər silahlar da var. Məlumata görə, bu, Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin ABŞ-a səfərindən sonra baş tutacaq.

Qeyd edək ki, ABŞ-ın Afinadakı səfirliyinin Müdafiə Əməkdaşlıq Ofisi Yunanıstan Xüsusi Təyinatlı Qüvvələrinə 9 milyon dollar dəyərində hərbi yardım edib. ABŞ və Yunanıstan Türkiyənin bölgədəki əməliyyatlarından sonra həmin ərazinin yaxınlığına silah və hərbi qüvvə yerləşdirməyədavam edirlər.

Müstəqil.Az

Share: