Yunanıstanın Krit adasının sahillərində 5,1 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri Heraklion şəhərindən 159 km şimal-şərqdə yerləşir.