Yunanıstanda azərbaycanlı hakimə butulka atdılar

Yunanıstanda azərbaycanlı hakimə butulka atdılar

Yunanıstan Super Liqasının XXXIII turunda keçirilən PAOK – “Aris” matçını idarə edən azərbaycanlı hakimlər briqadası xoşagəlməz halla üzləşib.

Oxu.Az xəbər verir ki, fanatlar yan xətt hakimi Akif Əmirəlinin başına boş butulka atıblar. Əmirəli butulkanın ona dəyməsinə baxmayaraq, baş hakim Əliyar Ağayevə hər şeyin qaydasında olduğunu bildirib və oyun davam edib.

“Aris” klubu görüşdən sonra hakimlərin idarəçiliklərindən narazı olduqlarını bildirən bəyanat yayıb.

Bu matçda Əliyar Ağayevin digər köməkçisi Zeynal Zeynalov olub.

Share: