Yunanıstanın bir sıra bölgələrində yaşayan insanlara yağışlı hava şəraiti səbəbindən çölə çıxmamaq barədə xəbərdarlıq edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimalında yaşayan insanların mobil telefonlarına göndərilən təcili mesajda mənfi hava şəraitinin bir müddət davam edəcəyi bildirilib.
Həmçinin, ölkənin Kalavrita bölgəsində dolu səbəbindən bir çox avtomobilə ziyan dəyib.
Trikala və Yanyada sürüşmə nəticəsində bəzi yollar bağlanıb.
Qeyd edək ki, bu həftə Yunanıstana təsir edəcəyi gözlənilən “Elias” hava cərəyanı ölkə daxilində güclü yağış və tez-tez ildırım çaxmasına səbəb olacaq.