Yunanıstanda qatar qəzası ilə əlaqədar olaraq matəm elan olunub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölkədə matəm 3 gün müddətinə qüvvədə olacaq.
İlkin məlumata görə, qəzaya səbəb hərəkətə nəzarət və siqnalizasiya sistemlərinin nasazlığı olub.
Xatırladaq ki, Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər həlak olub, daha 85 nəfər isə yaralanıb.