Hökümət o zaman özünə potensial üsyançılar hazırlayır ki,cəmiyyətdə xurafatlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir, dövlətçilik anlayışı isə məmur və ictimai status anlayışı ilə eyniləşdirilir” Olaylar.az xəbər verir ki, yazıçı-publisist Yunus Oğuzun “Keçmişdən gələcəyə nə daşıyırıq- Tarix İbrətdir” adlı yeni kitabı bu epiqrafla çapdan çıxıb. Kitabda müstəqillik tariximiz- 1991-ci il oktyabrın 18-dən günümüzə qədər olan proseslər oxucunun diqqətinə çatdırılır.
Müstəqil.az