Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə NASA alimləri açıqlama verib.
Alimlər bildirir ki, Yerdən 4.8 milyon kilometr məsafədən keçəcək asteroidin planetimiz üçün bir təhlükəsi yoxdur.
Avqustun 29-da asteroid Yerə ən yaxın məsafədən keçəcək. Hesablamalara görə asteroidin diametri 70-160 metr arasındadır. Hündürlüyü Xeopsdan daha yüksəkdir.
NASA-dan bildirilib ki, Yerin yaxınından keçəcək asteroidin sürəti saniyədə 9.04 km olacaq.
Növbəti dəfə 2020-ci ildə sentyabrın 3-də asteroid Yer kürəsinin yaxınlığından keçəcək.
Müstəqil.Az