Yuvarlana – yuvarlana uzağa gedir  nöqtələr, Məsələn elə biri  Günəş…

Yuvarlana – yuvarlana uzağa gedir  nöqtələr,  Məsələn elə biri  Günəş…

Etienne Volfs

Müasir Holland şairi

 

Noqtələr

Günün yox olmaq nöqtəsi

Gözdən başlayır.

Yuvarlana – yuvarlana uzağa gedir  nöqtələr,

Məsələn elə biri  Günəş…

 

Qaranlıq səliqəli ağac gövdələri ilə astarlanır,

Yarpaqların altına dolur qaranlıqlar,

Günəş gələn kimi

Bir azdan uçacaqlar,

Gözün içindən ayrılan

Bir qara nöqtə kimi…

 

Əslində gözə ilişən

Hər nə var nöqtədir…

Gözə dəydi,

Gözdən uçdu.

Gözdən qaçdı.

Yenə də  yavaş- yavaş

Ağaclar kölgələrinə çevrilir,

Qaranlıq, sərxoşdu,

Yenə bu axşam deyəsən…

Xəritə

Keçid yolu üçün

Xəritəni açırıq.

Gördüklərimizə baxın, dağ massivi…

Yığın – yığın adalar

Barmaq izləri kimi…

Yox olan kimsədən

Bir xəbər var,

Buz parçası kimi…

Özümüz də burdayıq,

Barmağımızın altında…

Təkçə gözə dəymir,

Görünmür,

Içimizdəki silsilə,

Axtarırıq yol xəritəsini

İçmizi görmədən…

Boz göyərçin

Küçədə bir fəryad qopdu…

Boz göyərçin uçdu…

Bir əl pəncərədən daşındı,

İşığı otaqdan uzaqda saxladı…

 

Bir uşaq qəflətən boğuldu,

Dalğalar saçlarını darayırdı.

Yosunlar ağ ciyərlərinə

Nəfəs vermək istəyirdi…

 

Boz göyərçin uçdu,

Fəryad kimi.

Boz göyərçinlə uçdu

Nəfəs də.

Tərcümə edən:  Qəşəm Nəcəfzadə

 

 

Share: