“Yuventus”un başı dərddədir. B Seriyasına göndərilməsi gündəmdə olan klubla bağlı bəd xəbərlər gəlməkdə davam edir.
“Qafqazinfo” xəbər verir ki, indi də turinlilərin avrokuboklardan kənar qalması ehtimalı yaranıb. Artıq istefa vermiş rəhbərliyinin qanunsuz əməlləri “Yuventus”u bu aqibətlə üz-üzə qoya bilər. Oyunçulara gizli ödəmələr edilməsi, kluba qanundankənar vəsaitin cəlb olunması təsdiqlənərsə, qitə yarışlarından kənarlaşdırılma qaçılmaz olacaq.
Qeyd edək ki, UEFA ciddi araşdırmaya start verib. Turin klubu “təmiz” işlədiyini sübut edə bilməsə, yeni mövsümlə bağlı ciddi sanksiyalar qaçılmazdır. Rəhbərliyin tələsik istefa verdiyini nəzərə alsaq, ittihamların doğru olduğu qənaətinə gəlmək mümkündür.