YUXU -Damət Salmanoğlunun hekayəsi

YUXU -Damət Salmanoğlunun hekayəsi

Heç nə səbəbsiz olmur. Həyatın öz qanuna uyğun yazılmamış qanunları var.

Adi yuxularda belə başına gələcək qəza-qədərləri öncədən görmək olur. Bir də görürsən elə bir situasiyaya düşürsən ki, deyirsən, ay balam, bu hadisə mənim başıma nə vaxtsa gəlib.
Əsasən də seçilmiş insanlar yuxularında görə bilirlər öz gələcək aqibətlərini. Buna “bəsirət gözü” də deyirlər bəzən.
Belə insanlardan biri də Pənah kişi olub. Pənah kişi nə iş görsəydi deyərdi mən filan işi yuxuda görmüşəm. Hələ işə başlamışdan o işin sonu nə ilə bitəcəyini danışırdı. Dostları da gülə-gülə deyirdilər:
-Ay kişi, sən yuxularını lap kino kimi görürsən.
Vallah, ay Pənah kişi, sən istəsən rejissor da olub gördüklərin əsasında həyatı filmlər çəkib oskar mükafat falan alarsan haa… Pənah kişi də qəzəblənərdi dostlarına:
-Siz lağ edin..
Bir gecə yuxuda dostu Vaqifi görür. Görür ki, Vaqif cavanlığında kababçı işlədiyi
restoranın soyuducusundan iki kəsilmiş bütöv quzunu oğurlayıb sabahsı günü təyyarə ilə Riqa şəhərinə qohumunun toyuna aparıb.
Səhəri gün gəlib dostlarına deyir:
-Allaha yalvarmışam sizin nə gizlin-günah işləriniz olubsa onları mənə yuxuda ayan eləsin. Günahlarınızı bir bir deyəndə mənə inanarsız. Şükür Allaha ki, dualarımı qəbul elədi. Bu gecə yuxuda Vaqifi gördüm. Demə Vaqif işlədiyi restorana xəyanət edib iki quzu cəmdəyini Riqaya, qohumunun toyuna aparıbmış.
Vaqif bir az qızardı, bozardı, sonra dedi:
-Day keçib, düzünü deyəcəm. Bu kişi ön görücüdür, nə deyirsə düz deyir. Qoy danışım o hadisə necə baş verib. Mən əvvəldən bilirdim toya dəvət olunduğumu. Qohunum xahiş etdi ki, nə olar qohum, iki quzu kəsdir gətir pulunu burda ödəyəcəm. Toyda öz quzumuzun ətindən kabab edərsən qoy görsünlər ki, bizim heyvanın əti nə qədər dadlı olur. İşlədiyim restorana demək olar ki, hər gün qəssab axşam üstü beş, ya da altı quzu kəsib gətirirdi. Biz də həmən quzuları soyuduculara qoyurduq, səhərisi gün doğrayanda özünü tutmuş olsun.
Düzünü deyim tamah mənə üstün gəldi.
Dedim burdan iki quzu aparsam müdürün, bəlkə, xəbəri olmadı. Qohumumdan quzuların pulunu alaram həm yol pulumu edər həmdə 100 dollarda nəmər yazdıraram. Onu da deyim ki, iş yerindən yaxşı məvcacib alırdım. Allah şeytana lənət eləsin aldatdı məni.
Axşam üstü qəssab həmişəki kimi 6 quzunu kəsib gətirmişdi.
Bədbəxdiydən müdür də də, həmən saatlarda orda idi. Özü baxdı quzuların çəkisini qeyd elədi.
Yenə fikirləşdim nə biləcək ey. Çünki, doğranmış ətimiz çox qalmışdı.
Soyuducu olan otağın açarları məndə olurdu.
Axşam oğluma dedim iki quzu kəsdirmişəm al bunları apar evimizə, sabah Riqaya aparacağam. Oğlum nə bilsin ki, mən oğurluq edirəm. Nə isə, müdür bilirdi mən 3 gün olmayacam, toya gedirəm. Səhərisi günü quzuları tənzifə büküb kisələrə qoyub gəldim aeroporta ki, baqaja verim, nəzarətçi dedi olmaz ət məhsulları aparmaq. Nə qədər dil tökdüm, pul təklif elədim razılaşmadılar. Birdən yadıma düşdü ki, müdürün dostu aeroportun gömrüyündə yüksək vəzifədə işləyir.
Öyrəndim ki, yuxarı mərtəbədədi otağı. Getdim yanına, dedim hal-qəziyə belədi, mənə icazə vermirlər aparmağa quzuları. Ona yalandan dedim ki, müdür dedi əgər buraxmasalar gəlib sizə deyim kömək edəsiniz. O da, gülə-gülə dedi:-Day dostum deyibsə bu saat tapşırıq verərəm. Hə dostlar, müdürün malını oğuladım, onun adından istifadə etdim, amma bu oğurluq mənə baha başa gəldi. Apardım quzuların ətini, toyda kabab elədim. Vurdular araqdan, yedilər bəh-bəhnən.
Vaqif bir az sözlərinə ara verdi. Aradakı boşluğu görən Pənah kişi gülə-gülə dedi:
-İstəyirsiniz ardını mən danışım.
Vaqif dilləndi:
-Danış-danış, görürəm sən dəqiqliyinən görmüsən yuxuda etdiym günahlarımı.
-Pənah kişi hadisəni davam elədi:
-O hadisədən 2 ay sonra Vaqifin qarın nahiyəsində sancılar əmələ gəlməyə başladı. Özünü çox pis hiss edir, sancı biçaq kimi doğrayırdı onu. Həkim müayinəsindən, analiz cavablarından məlum olur ki, bağarsağında xərçəng xəstəliyi əmələ gəlib. Həkim deyir ki, əgər təcili xərçəng olan boğarsaqları əməliyyat etdirməsən 6 aya bütün bədəninə yayılacaq. Təsadüfə bax ki, həkim deyir bu əməliyatı ən yaxşı Riqada edirlər, çalış orda elətdir.
Vaqifi titrəmə tutur bilmir neynəsin. Handan-hana yadına quzu apardığı Riqada yaşayan qohumu düşür. Tez qohumuna zəng edir ki, ay qohum, başıma belə iş gəlib. Öyrən gör nə qədər xərci-xəsarəti var bu əməliyatın. Qohumu da deyir, ay Vaqif, nə qədərə gücün çatır götür özünlə gəl, çatmayanına da kömək edərik. Hə, bax belə, oğuluq quzuları yediyi şəhərdə boğarsaqlarını kəsdilər. Ay Mahir, bu gün səni fikiləşib yatacam görüm sən nə qələtlər qarışdırmısan.
-Dostları başladı yalvarmağa ki, qələt etmişik sənə inanmamışıq. Keç günahımızdan, yatanda bizi fikirləşib yatma haa..
-Yaxşı-yaxşı, bir də xətrimə dəysəniz bütün qələtlərinizi ifşa edəcəyəm, deyib Pənah kişi gülə-gülə dostlarından aralanıb yuxularına doğru addımladı…

Damət Salmanoğlu

Share: