Azərbaycanlı dinc nümayişçilərin Brüssel və Los-Ancelesdə erməni ekstremistlərin hücumuna məruz qalması xüsusi təəccüb yaratmır.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi Oleq Kuznetsov deyib. O, Belçika və ABŞ-ın 1980-ci illərdən erməni terrorizminin qalası olduğunu bildirib: “1978-ci ildə terror aktı törədən Yeni Erməni Müqaviməti Təşkilatı özünü dünyaya bu cür tanıtdı. Sonradan o, ASALA-nın tərkibinə daxil oldu. Onun mənzil qərargahı Brüsseldə idi. Belə ki, Belçika hökumətinin erməni terrorçu və ekstremistlərinə himayədarlıq etmək təcrübəsi var. ABŞ hakimiyyəti 1878-ci ildə Cənubi Şərqi Avropadan 600 min erməninin məskunlaşdırılması proqramını elan etdi. Səbəb onlar arasından 5-6 min nəfər döyüşçü seçib, onların gəldiyi ölkələrdə daxili siyasi destabilizasiya üçün istifadə etmək idi”, – deyə o bildirib. Kuznetsov, həmçinin Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin “Armenian Power” mafiyasının üzvləri ola biləcəyini iddia edib.
Müstəqil.Az