Qasımov Elşən Şirin oğlu Zərdab rayonun Körpükənd kəndində doğulub. Elə bu kəndədə böyüyüb, orta məktəbi bitirib, keçmiş SSRİ-nin ordu sıralarında hərbi xidmətdə olub.
Müstəqil.Az -ın Dənizçilərə Sosial Dəstək İctimai Birliyindən əldə etdiyi məlumata görə, hal hazırda XDND idarəsinin “Zəfər” gəmisində matros vəzifəsində çalışan Elşən I Qarabaö döyüşlərinin qazisidir.
Onun 1992- çi ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdən başlayan döyüşçü yolu sonralar bir çox bölgələrimizdən keçib, atəşkəs elan olunana qədər silahı susmayıb, neçı-neçə erməni işğalçısına qənim kəsilib.
Ot kökü üstə bitər deyimi, necə də düzgündür. Bu gün IQarabağ döyüşünün qalblərindən biri də Elşənin oğlu Şirinli Mustafadır. Erməni işğalçılarının növbəti təcavüzündən bir gün sonra, sentiyabir ayının 28-dən könüllü olaraq 2020-ci ildən könüllü olaraq cəbhəyə getdib. Misilsiz qəhrəmanlığı ilə yadda qalıb, döyüşçü dostlarının, komandirlərinin sevimlisi olub. Haqqında deyilən xoş sözlr qazi atasının sevincinə, fərəhinə səbəb olub. Necə də sevinməyim, deyir qazi ata: Oğlum Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib, bu rayonların azad olunmasında iştirak edib. Hal hazırda da xidməti davam etdirir…
Əsgərimizə sağ salamat müharibəni başa vurmağı arzu edirik.
Müstəqil.Az