Posted in Gündəm, Tarix, Xəbər Xətti Zəfər günü – Milli qürurumuz! – Şərafəddin İlkin yazır Müstəqil AZ 20:27 / 06 Noyabr 2021 Ötən il 44 gün davam edən ikinci Qarabağ müharibəsi Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. Ötən il qazanılan parlaq qələbə respublikanın hər yerində böyük həvəslə qeyd olunur. Respublikamızla yanaşı dünyanın hər yerində soydaşlarımız bu şərəfli tarıxi bayram edirlər. Bu münasibətlə Respublika Pisixateriya Xəstəxanasında da möhtəşəm bayram tədbiri keçirildi. Təntənəli tədbiri xəstəxananın publik hüqiqi şəxsin Baş direktoru Ağahəsən Rəsulov açdı: – Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Tədbirdə iştirak edən Bakı şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları ilə iş üzrə şöbəsinin müdiri, ehtiyatda olan polkovnik leytinant Cavid Fərhadov; -Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən, 1 dekabr 2020-ci il tarixinədək Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılacaq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək-deyə qeyd etdi. Müzəffər Azərbaycan Ordusunda döyüşən Respublika Pisixateriya Xəstəxanasının əməkdaşları Əliağa Məmmədov, Musa Hüseynov, Şahin Yaminov, kiçik tibb işçisi, “Şuşanın azad olunmasına görə” medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş şəhid Rəşid Novruzovun anası İlahə Məmmədova çıxış edərək onlara göstərilən qayğı və diqqətə görə təşəkkürlərini bildirdilər. Həkimlərdən Ədalət Xəlilov, Musa Musayev, Elxan Əsədov, Dilarə Cabbarova və başqaları çıxış edərək Zəfər bayramı münasibəti ilə şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzuladılar. Tədbirin sonunda iştirakçılara reabilitatsiya şöbəsinin pasiyentlərinin hazırladıqları “Xarı bülbül” eksponatı, Fəxri fərman və digər hədiyyələr təqdim olundu. ZƏFƏR BAYRAMINIZ MÜBARƏK! Şərafəddin İlkin, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü. Müstəqil.Az Publicar Şərafəddin