Zəfər Muzeyinin yeri məlum oldu

Zəfər Muzeyinin yeri məlum oldu

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub.

Müstəqil.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri olaraq Xətai rayonunda “Hərbi Qənimətlər Parkı”nın ərazisi müəyyən edilib”, – Mədəniyyət Nazirliyindən bildirilib.

Share: