Zəfərin mübarək,  Telman komutan!

Zəfərin mübarək,  Telman komutan!

Müzəffər Azərbaycan Ordusu  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yeni tarixini yazdı. Vətən müharibəsinin 44 günü ərzində,  fədakarlıq göstərən Azərbaycan əsgərinin torpaqlarımızı düşmən işğalından azad edən əzmi, rəşadəti və hünəri hər bir vətəndaşımızda sonsuz qürur hissi yaratdı.

Vətən müharibəsində həm də ona görə qalib gəldik ki, vətənpərvər, mərd və ən əsası, Əsgərinin arxasında gizlənməyən Zabitlərimizin, “Starşinalarımızın” sayı minlərlədir…

Elə, söhbət açacağım belə qəhrəman və igid səgərlərdən biri də “Starşina” deyə, əsgərlər arasında böyük hörmət sahibi olan və əsgərlərin dayı  kimi müraciət etdiyi  Telman Əmirovdur.  “Starşina” ləqəbli Telman Əmirov 1994-cü ildən hərbi xidmətdədir. Özü haqqında yazılmağını xoşlamayan Teleman Əmirovun döyüş yolu barədə məlumatları minbir çətinliklə də olsa əldə edə bildik.  Düşünürəm ki, bu yazımızdan özünün xəbəri olmasa belə, bizdən inciməyəcək. Belə qəhrəmanların döyüş yolunu işıqlandırmağımız bizim həm də bir vətəndaş borcumuzdur. Keçək əsas mətləbə. Vətənin 10 minlərlə mərd oğlu kimi onun da taleyində döyüşlərdə iştirak etmək var imiş.

Telman Əmirovun vətən sevgisi təsadüfi bir hiss deyil. Bu, illərin, xarakterin, tərbiyənin və igidliyin məhsuludur. Vətənpərvərlik həm də mərdlikdir, elə bir hünər ki, öz xalqının qisasını almaq üçün müharibənin başlamasını, düşməni məhv edib torpaqlarımızı azad edəcəyi günü səbirsizliklə gözləmək, bu şərəfli yolda şəhid olmaqdır.

Telman Əmirovun tabeçiliyində olan hər bir əsgər onun xidmətindən, əsgərlərə olan münasibətindən ürək dolusu danışırlar.  44 gün vətən müharibəsi ərəfəsində gecə-gündüz demədən əsgərlərlə yan-yana döyüşən Telman Əmirovun sevincinin həddi-hüdudu yoxdur. Həm qazındıqları böyük zəfər, həm də tabeçiliyində olan əsgərlərin itgisiz qələbəsi.  Ağdərə, Talışkənd, Suqovuşan, Murovdağ istiqamətində gedən ağır döyüşlərdə rektiv minaatan batreyası düşmənin ağır texnikalarının və canlı qüvvələrinin məhv edilməsində böyük rol oynamışdır.

Telman Əmirov müzəffər və rəşadətli Azərbaycan Ordusunun zabiti olaraq tarixin və taleyin sınağından şərəflə çıxmışdı!

Telman Əmirov  Silahlı Qüvvələrimizin nizam-intizamlı, qorxmaz, şücaətli, mərd-vətənpərvər, həm də savadlı zabitləri sırasında adı çəkilən şəxslərdən biridir. Hərbi xidmətinin böyük hissəsi cəbhə bölgəsində keçib. Necə deyərlər, səsi də, verdiyi komandaları da həmişə zirvələrdən eşidilib. Əlbətdə ZİRVƏ sözünü coğrafi anlam, ən ağır şəraitli yerlər kimi nəzərdə tuturam.  Hətta, belə deyirlər ki, əsgər Elşən Mehdiyevin valideyni  döyüş ərəfəsində Elşən Mehdiyev haqqında məlumat alarkən belə demişdir.

“Elşən məni ölümdən xilas edib, buradakı hər bir əsgərin birin digər əsgər yoldaşına can borcu var. Müharibənin ən ağır məqamlarında biri-birinə dayaq olub əzmlə döyüşüblər. Bunların hər biri mənim övladımdır, İnşallah müharibə bizim qələbəmizlə bitər və itgimiz olmaz, onda öz cibimin pulu ilə əsgərlərimə qurban kəsəcəm”

Bəli, müharibə Müzəffər Azərbaycanımızın rəşadətli ordusunun qələbəsi ilə yekunlaşdı.  Telman Əmirov əsəgərlərini başına yığıb qurbanlar kəsdi.

Allah qəbul eləsin deyirik.

Telman Əmirov: “Bütün döyüşlərdə əsas silahımız inam olub. Düzdür, bizlər hər şeyə hazır idik. Dərk edirdik ki, döyüş meydanı yəni bu VƏTƏN müharibəsi hər birimizin həyatının  ən şərəfli sınağı idi”.

Telman Əmirovun sözlərinə görə, döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltdı.

Bu müharibə 50 miliyonumuzun şərəf və namusu uğrunda və işğalda olan torpaqların azad edilməsində  2783 əsgərin şəhadətə qovuşduğu  zəfər tarixidir!

P.S. Azərbaycan Ordusunun bütün zabit və şəxsi heyəti ilə qürur duyuyuq, Telman komutan.

Sübut MEHDİYEV

 

 

 

 

 

 

 

 

Share: