Zəlzələ günü doğuldu, 24 il sonra zəlzələdə öldü — Video

17 avqust 1999-cu il Gölcük zəlzələsi günü Qaziantepdə dünyaya gələn Osman Enes Baştürk Nurdağı rayonundakı evinin dağıntıları altında qalaraq həyatını itirib. Osman Enes Baştürkün 24 illik həyatı zəlzələ ilə başlayıb, zəlzələ ilə bitib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda onun ailəsi “Anadolu” agentliyinə danışıb.

Osman Enes zəlzələdə üzərinə düşən divarın altında qalan qardaşını qorumaq istəyərkən həyatını itirib.

Ata Mehmet Baştürk həmin evə 3 gün əvvəl köçdüklərini bildirib:

“Cümə günü getdik, şənbə bazar günü əşyaları yerləşdirdik, yorulduq. Zəlzələ olan gecə saat 03:00 radələrində namaza qalxdım. Sonra zəlzələ baş verdi, bina qəfil uçdu”.


Share: