Ağdam rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası rayonun Üçoğlan kəndində zəlzələ nəticəsində uçan evə baxış keçirib.
Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, 1980-ci ildə inşa edilən, Səfərova Zəhra Göyüş qızına məxsus evin bir hissəsi yararsız vəziyyətə düşüb. Komissiya hadisə barədə akt tərtib edib.
Evdə yaşayan ailə müvəqqəti olaraq həmin kənddə olan qohumlarının evinə yerləşdirilib.