Türkiyənin Adıyaman şəhərində dağıntılar altında həyatını itirən iki azyaşlı qardaşın xatirə dəftəri aşkar edilib.
2018-ci ilə aid olan xatirə dəftərində qardaşların fotosu və “Biz bir-birimizi sevən iki qardaşıq” sözləri yazılıb.
Qeyd olunur ki, Əbdürrəhman və Aysim adlı azyaşlıların hər ikisinin valideyni dağıntılar altından xilas edilib.
Adıyaman fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində ən çox zərər çəkmiş şəhərlərdən biridir.
Mənbə: Haber Global