Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da baş verən güclü zəlzələ 45 089 nəfərin ölümünə səbəb olub. Zəlzələ bölgəsindən isə 1 971 589 şəxs təxliyə edilib.