Türkiyənin Adıyaman şəhərində dağılan bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş saxlanılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar Gürcüstana qaçmaq istəyərkən yaxalanıb.
Podratçıların bu gün İstanbul Hava Limanının Beynəlxalq Terminalında şəxsiyyət yoxlaması zamanı saxlanıldığı bildirilir.
Şübhəlilərin Adıyamanda baş verən zəlzələ nəticəsində dağılan bir çox binanın podratçıları olduğu müəyyən edilib.
Yavuz Karakuş və Sevilay Karakuşun üzərində 16 min dollardan çox pul olub.