Türkiyədə dağıntılar altından sağ çıxarılan 76 uşaq artıq ailələrinə verilib.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.
O bildirib ki, dağıntılardan indiyə kimi 574 uşaq çıxarılıb. Onlardan 503-nün şəxsiyyəti məlumdur:
“Hazırda xəstəxanada 380 uşağın müalicəsi aparılır. Sığınacaqlarda isə 118 uşaq var. Dövlət olaraq, valideynlərini və yaxınlarını itirən bütün uşaqların hər zaman yanında olacağıq”.