Zəngəzur dəhlizinin açılması Orta Dəhliz istiqamətində yükdaşımaların həcmini ildə 1 milyon tondan 25 milyon tona qədər artıracaq.
-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, Zəngəzur koridoru Bakı-Tbilisi-Kars dəmir yolu üçün də alternativ olacaq. Nazirin sözlərinə görə, bu yol sadəcə nəqliyyat dəhlizi deyil, həm də Türk dünyasını birləşdirici amil olacaq.
A. Uraloğlu onu da əlavə edib ki, Bakı-Tbilis-Kars dəmir yolunda davam edən təmir işləri gələn ay bitəcək.
Nazir Zəngəzur dəhlizin Еürkiyədən keçməsinin ölkənin sənayesinə, texnologiyasına, turizminə töhfə verəcəyini də vurğulayıb.