Zəngilanda erməni təxribatı olub? – Dövlət Sərhəd Xidməti məlumat yaydı

Zəngilanda erməni təxribatı olub? – Dövlət Sərhəd Xidməti məlumat yaydı

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Müstəqil.Az xəbər verir ki, bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən Modern.az-a bildirilib ki, belə məlumatlar həqiqəti əks etdirmir:

“Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

Share: