İtkin düşmüş erməni hərbçilərin valideynləri Eçmiədzindəki hərbi hissənin qarşısında etiraz aksiyası keçirib.
Müstəqil.Az xəbər verir ki, valideynlər Zəngilan bölgəsində olan 60 nəfərdən ibarət dəstədən 34 nəfərin itkin düşdüyünü bildirirlər.
Valideynlərdən birinin sözlərinə görə, artıq 50 gündür ki, həmin hərbçilərlə əlaqə kəsilib və dekabrın 1-də ailələrə 3 gün ərzində bəzi məlumatların veriləcəyi deyilsə də, hələlik heç bir xəbər yoxdur.
Hərbçilərdən birinin anası Anait Adoyan bildirib ki, onlar əsgərlərin bir hissəsinin əsirlikdə olduğuna dair məlumatlar alsalar da, bu, rəsmi olaraq təsdiqlənmir.
Qeyd edək ki, itkin düşənlərin yaxınları Ermənistan Müdafiə Nazirliyinin binasına getməyi planlaşdırır.