Zakir Qaralov çoxdan getməli idi..

Zakir Qaralov çoxdan getməli idi. Mən prokurorluq sistemində işləmişəm deyə, bu barədə danışmaq istəmirəm.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Azərbaycan SSR-in Baş prokuroru və Azərbaycan Respublikasının ilk Ədliyyə naziri olan Ədalət Partiyasının sədri İlyas İsmayılov “Yeni Sabah”a müsahibəsində deyib.

Yeni təyin edilən Baş prokurorla bağlı danışan İ.İsmayılov bildirib ki, Kamran Əliyevi şəxsən tanımır:

“Telefonla danışmışam. Yaxşı təsir bağışladı mənə, deyirlər təmiz adamdır”.

Son 5 ay ərzində DTX-nın keçirdiyi əməliyyatlarla həbs edilən 4 icra başçısı barədə danışan keçmiş nazir bildirib ki, onlardan təkcə Neftçalanın icra başçısını tanıyıb:

“İsmayıl Vəliyev korrupsionerin biri idi”.

Müstəqil.Az

Share: