Zaqatala sakini tullantı və lazımsız daş parçalarını sənət əsərinə çevirir.
Xezerxeber.az-ın məlumatına görə, incəsənətin mozaika və dağlama növü ilə məşğul olan 31 yaşlı Həybullah Babayev heç bir ali təhsil almayıb. Onun bu sahəyə marağı uşaqlıqdan başlayıb. İlk baxışdan sadə görünən əl işləri, diqqətlə baxdıqda, bu işin nə qədər dəqiqlik və səbr tələb etdiyini görmək olur.
Lazımsız maşın şinləri, zibilliyə atılmış mişar daşlarına ikinci həyat verən Həybullah Babayev üçün ətrafında gördüyü hər şey yeni nəsə hazırlamaq üçün materialdır.
O, düzəltdiyi əşyaları əsasən öz həyətində sərgiləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Müstəqil.az